Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Girəsunspor” 24 turdan sonra 23 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Shares: