“Qarabağ”ın ukraynalı futbolçusu Yaroslav Deda vətəninə dönüb. Futbolçu “Karpatı” ilə anlaşıb.
 
Lvov klubu ilə Deda arasında 3 illik müqavilə imzalanıb. O, yeni klubunda ilk olaraq gənclərdən ibarət komandada çıxış edəcək və 13 nömrəli formanı geyinəcək.
 
2017-ci ildən “Qarabağ”ın U-19 komandasında çıxış etmiş ukraynalı hücumçu Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında 4 oyuna çıxıb və 3 qola imza atmışdı. O, bu qollardan ikisini “Atletiko”ya, birini isə “Çelsi”yə vurub.
Shares: