İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi yenidən Argentina millisinə qayıdıb.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Messi, Argentina yığmasının Venesuela və Mərakeşlə keçirəcəyi yoxlama oyunları üçün heyətə çağırılıb.
Messi DÇ-2018-dən sonra Argentina millisinin keçirdiyi oyunlara dəvət almamışdı.
Argentinalı hücumçu, İspaniya mətbuatına açıqlamasında, bir müddət milli komandada oynamaq istəmədiyini demişdi.