“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Futbolinfo.az xəbər verir ki, Ekvador millisinin üvzü Anibal Çala Bakı təmsilçisinə keçməyə yaxındır. Bu barədə Ekvador mətbuatı məlumat yayıb. Xəbərdə, 22 yaşlı futbolçunun yaxın günlərdə “Sabah”la rəsmi müqavilə imzalayacağı bildirilir.

Çala 3 dəfə Ekvador millisinin formasını geyinib. Onun son iş yeri ölkəsinin “LDU Quito” komandası olub. Futbolçu hazırda azad agent statusu daşıyır.

Shares: