“Keşlə”nin keçmiş baş məşqçisi Zaur Svanadzenin qardaşı oğlu Ramaz Svanadze karyerasını bundan sonra milli komandada davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının qərarı ilə, Svanadze bu ölkənin 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi təyin olunub.
“Keşlə”nin keçmiş futbolçusu Zurab Xizanişvili isə Gürcüstanın U-16 yığmasının baş məşqçi postuna təyin olunub.