“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
“Bu həftə bizi çətin oyun gözləyirdi. Fasilədən sonra çox formada olan rəqibə qarşı oynayırdıq. “Səbail”i və Aftandil Hacıyevi tərbrik edirəm. İlk ilində belə mübarziə aparır. 4 oyun məğlubiyyətdən sonra oynamaq çox çətindi. Oyunçuları hazırlamaq asan olmur. Bu gün onlar xarakter göstərdilər. Bizim üçün qələbə daha yaxşı olardı . Ancaq yenə də məğlub olmadıq. Bu durumdan çıxmalıyıq. Təbii ki, qələbə olsa, daha yaxşı olardı. Ancaq oyun baxımından məğlub olduğumuz matçlarda belə geridə qalmırıq. Yaralı yerimiz imkanlardan istifadə edə bilməməyimizdi. Epizodlar olur, ancaq istifadə edə bilmirik. Bir xal da pis deyil. Uda bilmirsənsə, uduzma. Bəlkə oyunçuların özlərini gəlməsi üşün bu xal bəs edəcək. Peyman Babayi pis oynamadı. Qol vura bilməsə də, yaxşı mübarizə apardı. Atilla Yıldırım da bu komandanın oyunçusudu. Bir komandada 21-22 oyunçu olur. Kimsə oynamırsa, zəif olduğu mənasına gəlmir. Son məşqlərə baxıb qərar veririk. Bütün oyunçular bizim üçün dəyərlidi”.