“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən oyundan sonra bunları söyləyib:
“İki fərqli hissə oldu. Oyuna itkilərlə başlamışdıq. Rahid Əmirquliyev və Ruslan Qurbanov zədəli idi. Belə itkilərlə başlamaq çətindi. İlk dəqiqələrdə Vüqar Bəybalayevin zədə alması da planlara təsir etdi. Ancaq pis oynamadıq. Sadəcə, çətin oyun oldu. Rəqib bu oyuna dönüş nöqtəsi kimi baxırdı. “Neftçi” ilə görüşdən sonra bu oyuna hazırlaşmaq üşün çox əmək sərf etdik. İlk hissəni rəqib oynadı. İkinci hissə oyunu bərabərləşdirməyi bacardıq. Ancaq son nöqtəni qoymağa dəqiqlik çatmadı. Oyunun nəticəsini ədalətli sayıram. Oyun olaraq biz xal itirmədik, 1 xal qazandıq. Hər bir xal bizim üçün qızıldı”.
Gənc mütəxəssis Vüqar Bəyabalayevin durumunu da münasibət bildirib: “Ümumiyyətlə, həmin epizodda hakim niyə cərimə təyin etmədi, bilmirəm. Vüqarın durumu ürəkaçan deyil. Üzündə şiş var. Hazırda heç nə demək olmur. İrəliləyən günlərdə daha dəqiq nəsə deyə bilərik”.