Futbol üzrə Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord qeydə alınıb. 

Futbolinfo.az xəbər verir ki, “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub. 

“Sumqayıt”la 19-cu turun bu gün keçirilən matçının (0:0) gedişində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi  əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib. 

Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. 12-ci turun “Qarabağ”la matçında debüt edən sonuncu meydana 17 yaş 326 günlüyündə çıxıb. 

Shares: