“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra bunları söyləyib:
– “Neftçi"nin oyuna təzyiqlə başlayacağını bilirdik. Layiqli qələbə qazandılar. İlk hisdə müdafiədə pis oynadıq.
– Vandersonun ehtiyatda qalmasının səbəbi nə idi?
– Məqsəd İsayev Vandersondan daha sürətli idi. Vandersonu buna görə ehtiyatda saxladım.
– Təmkin Xəlilzadəni əvəzləməyinizə nə səbəb oldu?
– Qızdırmalı oynayırdı. (komanda.az)