Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 2:2.
Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının sonuncu qolunu da Ramil vurub. Millimizin üzvü 69-cu dəqiqədə “Krılya Sovetov”u məğlubiyyətdən xilas edib.
Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, sabiq klubuna qarşı 90 dəqiqə oynayıb, əlavə vaxtda əvəzlənib.
Hazırda “Krılya Sovetov” 18 xalla 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.