Futbol üzrə Almaniya Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.
“Herta” “Maynts”ı, “Ayntraxt” “Hoffenhaym”ı, “Bayer” “Frayburq”u məğlub yola salıb. “Leyptsiq” səfərdə “Nürnberq”i minimal hesabla üstələyibsə, “Fortuna” “Şalke”ni 4 cavabsız qolla məğlub edib.
Son çempion “Bavariya” isə Münhenqladbax “Borussiya”sı ilə səfər oyununda darmadağına imza atmaqla zirvəyə şərik olub.
Almaniya Bundesliqası
24-cü tur
1 mart
Auqsburq – Borussiya (Dortmund) 2:1
Qol: Von, 24; 68 – Alkaser, 81.
2 mart
Bayer – Frayburq 2:0
Qol: Aranquiz, 4. Beyli, 73.
Ayntraxt – Hoffenhaym 3:2
Qol: Kostiç, 20. Haller, 89. Pasiensia, 90 – Joelinton, 43. Belfodil, 60.
Herta – Maynts 2:1
Qol: Qruyiç, 50. Stark, 60 – Stark, 46-öz qapısına.
Nürnberq – Leyptsiq 0:1
Qol: Klosterman, 40.
Şalke – Fortuna 0:4
Qol: Lukebakio, 35-pen. Kovnaçki, 62; 84. Raman, 68.
Borussiya (Münhenqladbax) – Bavariya 1:5
Qol: Ştindl, 37 – X.Martines, 2. Müller, 11. Levandovski, 47; 90-pen. Qnabri, 75.
3 mart
18:30 Ştutqart – Hannover
21:00 Volfsburq – Verder