Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub. 

Futbolinfo.az xəbər verir ki, turun qapanış matçında çempionluq uğrunda mübarizə aparan “Qarabağ” səfərdə “Keşlə” ilə qarşılaşıb. Ağdam klubu əsas rəqibi “Neftçi”nin turu qələbə ilə başa vurması səbəbindən bu oyunda mütləq qələbə qazanmalı idi. Qurban Qurbanovun yetirmələri buna matçın əvvəlində vurduqları yeganə qolla nail olublar.

Azərbaycan Premyer Liqası
19-cu tur

3 mart

“Keşlə” – “Qarabağ” 0:1
Qol: A.Abdullayev, 16.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev.
“ASK Arena”, 17:30.

Keşlə: 1. Kamran Ağayev, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, Amil Yunanov, 93. Edvinas Girdvainis, 22. Nikola Mitroviç, 17. Samir Məsimov, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın, 66. Murad Qayalı, 91. Nurlan Quliyev, 95. Cavid Əliyev, Orxan Fərəcov.
Baş məşqçi: Tərlan Əhmədov.

Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Gerye,19. Filip Ozobiç, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 17. Abdullah Zubir, Simeon Slavçev, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: