Futbol üzrə Bosniya və Herseqovina Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin yeni komandası “Çelik” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tuzla Siti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1.

Amit bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Çelik” hazırda 25 xalla 12 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Shares: