“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqanın 19-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyun haqda fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: 

“Oyunumuz yaxşı alındı. Məncə, "Səbail”lə olduğu kimi oynadıq, sadəcə, həmin görüşdə bəxtimiz gətirməmişdi. Keçən həftə təhlükəli hücumları qola, üstünlüyümüzü qələbəyə çevirə bilməmişdik, bu gün isə çevirdik. Bizim üçün hər oyunda qalib gəlmək vacibdir. "Səbail”lə "Zirə”ni də məğlub etməliydik. Çox şadam ki, nəhayət, qalib gəldik. Artıq xal itirməyə haqqımız yoxdur. İnanıram ki, qələbənin ardı gələcək”.

Təcrübəli futbolçu vurduğu qoldan da danışıb: "Təbii ki, "doqquzluğ”u boş görüb oranı nişan aldığımı deyə bilmərəm. Yaxşı zərbə endirmək üçün uyğun vəziyyət idi. Əsas yaxın küncə düşmək lazım idi, amma çox yaxşı zərbə alındı və top qapıya "doqquzluq”dan daxil oldu”.

Mahmudov sonda azarkeşlərə təşəkkür edib: "Son oyunlardakı uğursuz nəticələrə baxmayaraq azarkeşlərimizin bu gün də bizi dəstəkləməyə davam etməsi çox gözəldir. Buna görə onlara çox minnətdaram”.

Shares: