Futbol üzrə Türkiyə 2-ci liqasında 24-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Toğrul Eratın formasını geyindiyi “Fatih Karagümrük” klubu da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Kırklarelispor” ilə üz-üzə gəlib. Eratın komandası bu görüşdən əzmkar qələbə ilə ayrılıb – 2:1.
Toğrul bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Fatih Karagümrük” 24 turdan sonra 46 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.