“Qəbələ”nin məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən oyundan sonra keçirilən mətbuat konfransında öncə bunları söyləyib:
– Evdə təmiz qolumuzu saymadıqları üçün ötən tur qalib gəlmədik. Yaxşı olardı ki, gənc hakimlər bu cür səhvlərə yol verməklə, bizi xallarımızdan məhrum etməsinlər. Bu gün futbolçularımız mübarizə apardılar. Sonluq o qədər də ürəkaçan olmadı.
– Hesabda önə keçdikdən sonra komandanız arxaya oturdu…
– Bəzən rəqib səni məcbur edir buna. Gənc futbolçularımızda müəyyən təcrübə çatışmır.
– Rauf Əliyev niyə oynamırdı?
– Güvəndiyimiz futbolçudu. Sadəcə, bu gün belə hesab etdik ki, belə daha yaxşı olar.
– Stankoviçlə Volkov niyə yox idilər? Stankoviç ümumiyyətlə, protokolda yer almamışdı.
– Stankoviç məşqdə zədələnmişdi. Volkov isə xırda zədəsi olduğu üçün start heyətində yer almamışdı. (sport24.az)