“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində evdə “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

– Çox şey demək olmur. Oynayırsan, oynayırsan, sonra qol buraxırsan… Şükür ki, uduzmadıq. Amma heyif ki, uda bilmədik. Yaxşı imkanlarımız da oldu.

– Düşünmək oalrmı ki, Həmdi və Fofana sonda komandanızı oyatdı?
– Həmdinin olmaması bizə təsir etdi. Təəssüf ki, həkimlər yalnız 30-35 dəqiqə oynamasına icazə vermişdi. Fofana isə yalnız Xulionun zədələnməsi səbəbindən oyuna daxil edildi. Üzülürük.

– Pərdisin günahı nədi?
– Heç bir günahı yoxdu. Əvvəlcədən də ona demişdik ki, güvənməyəcəyik. O da buna razılaşdı. Oyunçu özü bu durumla barışırsa, sualı ona ünvanlayın.

– Hesabı oyuna görə sayırsınız?
– Xal itirməyimiz bizi üzdü. (sport24.az)

Shares: