“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesablıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm.

Rəşad Sadıqovun kiçik zədəsi olduğu üçün risk edib, oynatmadıq. Reynaldonu meydançanın süni ot örtüyü olmasına görə ehtiyat etdik. Ansi Aqolli isə sırf seçim məsələsidi.

Araz Abdullayevin yenidən əsas heyətə qayıtmasına gəlincə, bəzən belə hallar olur. Futbolçu kiçik bir müddəti oyun formasını itirir. Bunu tez bir zamanda aradan qaldırdığını düşünürəm. Ona görə də bu gün əsas heyətə qaytardım".

Shares: