“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

“İki fərqli hissə izlədik. İlk yarıda topa nəzarət edə bilmirdik. Xırda bir səhvdən sonra rəqib bizi əks-hücumda qol vurdu. İkinci hissədə isə üstün tərəf biz idik. Kaş ki pis oynayıb, xal qazanardıq. Bəzi zədəlilərimiz vardı. Bu gün Amil Yunanov 4-cü sarı vərəqəsini aldı. İkinci hissə gələcəyə ümid verirsə, ilk yarıdakı nöqsanlardan nəticə çıxarmalıyıq.

Ən böyük problemimiz futbolçuların arxaya, xüsusən də qapıçıya ötürmə etmələridi. Rəqibi təzyiq altında saxladığın vaxtda qapıçı Kamran Ağayevə ötürmə verilir. Məşqlərdə daha çox bunun üzərində işləyirik. Səbəbi mənim üçün də qaranlıqdı. Alınmır ki, alınmır”.

Shares: