19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil edilən “Kuban baharı” turnirində bu gün növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Belarusdan olan həmyaşıları ilə qarşılaşan futbolçularımız 1:2 hesabı ilə məğlub olublar.
Yığmamızın heyətində Ayşən Əhmədova fərqlənib.
Qeyd edək ki, U-19 turnir çərçivəsində son oyununu martın 5-də İran yığmasına qarşı keçirəcək. İlk oyunda millimiz Rusiyaya 0:7 hesabıyla məğlub olub.