Futbol üzrə İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma keçirilib.

Günün ilk oyunu “Uotford”la “Lester” arasında baş tutub. Meydan sahibləri bu görüşdən qələbə ilə ayrılıb.

29-cu turun maraqla gözlənilən qarşılaşması Mersisaydda keçirilib. “Everton” doğma azarkeşləri önündə “Liverpul”la münasibətlərinə aydınlıq gətirəcək. Lider bu görüşdə xal itkisi ilə üzləşib. 

Səfərdə “Fulhem”lə qarşılaşan “Çelsi” isə turu qələbə ilə başa vurub.

İngiltərə Premyer Liqası
29-cu tur

2 mart

Tottenhem – Arsenal 1:1
Qol: Keyn, 74-pen – Remzi, 16.

Bornmut – Mançester Siti 0:1
Qol: Mahrez, 55.

Mançester Yunayted – Sauthempton 3:2
Qol: A.Pereyra, 53. Lukaku, 59; 88 – Valeri, 26. Uord-Prouz, 75.

Vulverhempton – Kardiff Siti 2:0
Qol: Jota, 16. R.Ximenes, 18.

Bernli – Kristal Pelas 1:3
Qol: Barnes, 90 – Bardsli, 15-öz qapısına. Batşuayi, 48. Zaha, 76.

Brayton – Haddersfild 1:0
Qol: Andone, 79.

Vest Hem – Nyukasl 2:0
Qol: Rays, 7. Noble, 42-pen.

3 mart

Uotford – Lester 2:1
Qol: Dini, 5. Qrey, 90 – Vardi, 75.

Fulhem – Çelsi 1:2
Qol: Çambers, 28 – İquayn, 20. Jorjinyo, 31.

Everton – Liverpul 0:0

Shares: