Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
Turnir cədvəlinin lideri “Başakşəhər” səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda növbəti qələbəsini rəsmiləşdirməklə əsas izləyicilərindən bir qədər də uzaqlaşıb.
Buna həm də “Ərzurumspor”un qonağı olan “Qalatasaray”ın xal itkisi ilə üzləşməsi səbəb olub.
“Konyaspor” – “Göztəpə” matçında da qalib müəyyənləşməyib.
Türkiyə Super Liqası
24-cü tur
1 mart
Antalyaspor – Ankaragücü 2:4
Qol: Çiko, 19. Sanqare, 30 – Orqill, 21; 26; 41. Boyd, 90.
2 mart
Bursaspor – Sivasspor 3:2
Qol: Şehu, 19. Sayvet, 62. A.Kara, 90 – E.Kılınc, 6. Ndinqa, 89.
Kayserispor – Beşiktaş 2:2
Qol: Kravets, 58. D.Turuc, 62 – Hatçinson, 38. C.Erkin, 90.
Fənərbaxça – Rizəspor 3:2
Qol: S.Aziz, 22. Soldado, 40. V.Mozes, 84 – Melnyak, 4; 55.
3 mart
Konyaspor – Göztəpə 1:1
Qol: Filipoviç, 18 – Y.Öztəkin, 54.
Yeni Malatyaspor – Başakşəhər 0:2
Qol: E.Belözoğlu, 44-pen. Vişça, 57.
Ərzurumspor – Qalatasaray 1:1
Qol: R.Muhammed, 18 – Belhanda, 52.
4 mart
21:00 Akhisarspor – Alanyaspor
21:00 Kasımpaşa – Trabzonspor