Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Ayazın komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Quliyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Hazırda “Spartak” 29 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.