Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” hazırda 16 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Shares: