“Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Liqasının finalının keçirilməsi barədə imzaladığı sərəncam oyunun yüksək səviyyədə təşkilinə zəmin yaradır”.

Futbolinfo.az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən növbəti Hesabat Konfransında deyib.

Milli assosiasiya rəhbəri 2018-ci ildə görülən işlərdən də danışıb: “Ötən il U-19 elit raunda yüksəldi, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində çıxış etdi. Bu, bizim üçün sevindirici məqam oldu. Amma təəssüf ki, milli komanda Millətlər Liqasında uğursuz çıxış etdi. Komandamız pley-offa yüksələ bilmədi. Bu üzdən yığmanın baş məşqçi postunda dəyişiklik baş verdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram”.

Shares: