“Çox maraqlı səfər oldu. Sevinirəm ki, belə bir tədbirə dəvət aldım və düzgün qərar verərək bu ölkəyə gəldim”.
Futbolinfo.az xəbər verir ki, bunu Bakıda səfərdə olan İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mikael Essyen jurnalistlərə açıqlamasında deyib. Qanalı keçmiş yarımmüdafiəçi bildirib ki, Avropa Liqasının finalı ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı"nda iştirakı daha çox şou üçün nəzərdə tutulmuş, təbliğat xarakterli qarşılaşma olub və maraqlı alınıb.
O, final matçı ilə bağlı fikrini də bölüşüb: "Həlledici görüşdə "Çelsi"ni görmək istərdim. Çalışacağam ki, həlledici oyunda Bakıda olum".