İspaniya La Liqasının son turunda “Eybar”a minimal hesabla məğlub olan “Selta”, baş məşqçisi Miçel Kardoso ilə yollarını ayırıb.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq komandanın yeni baş məşqçisi də məlumdur. Klub rəhbərliyi komandanın “sükanı arxasına” “Vilyarreal”ın və “Xetafe”nin keçmiş baş məşqçisi Fran Eskribanı təyin edib.

La Liqada keçirdiyi 25 turdan sonra 25 xal toplayan “Selta”, turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Shares: