Futbol üzrə Xorvatiya millisinin AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçirəcəyi oyunlar üçün heyəti məlum olub.

Futbolinfo.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Zlatko Daliç, 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Simon Sluqa (“Riyeka”);

Müdafiəçilər: Domoqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Yedvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovaç (“Dinamo”, Zaqreb), Antonio Miliç (“Anderlext”, Belçika), Due-Çaleta Çar (“Marsel”, Fransa);

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marko Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Filip Bradariç (“Kalyari”, İtaliya);

Hücumçular: İvan Perişiç (“İnter”, İtaliya), Andre Kramariç (“Hoffenhaym”, Almaniya), Ante Rebiç, (“Ayntraxt”, Almaniya), Marko Pyatsa, (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Moskva, Rusiya), Yosib Brekalo (“Volfsburq”, Almaniya).

Xorvatiya millisi Zaqrebdə Azərbaycanla martın 21-də, Macarıstanla isə Budapeştdə, martın 24-də qarşılaşacaq.

Shares: