İspaniyanın “Barselona” klubu futbolçusu Serji Samperlə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, Samperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.
“Barselona”nın yetirməsi olan 24 yaşlı futbolçunun Kataloniya təmsilçisiylə mövsümün sonuna qədər müqaviləsi var idi.
İspaniya mətbuatı, Samperin Andres İnyestanın da formasını geyindiyi Yaponiyanın “Vissel Kobe” klubu ilə müqavilə imzalayacağını iddia edib.
Samper bu mövsüm “Barselona” formasıyla bir qarşılaşmada iştirak edib.