Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci turdan təxirə salınmış oyun bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, “Qarabağ-2” “Zirə-2” ilə qarşılaşıb. “Azərsun Arena”da baş tutan görüşdə, “köhlən atlar”ın əvəzediciləri rəqibini 4 cavabsız qolla məğlub edib.

Bu nəticəylə xallarının sayını 29-a çatdıran “Qarabağ-2”, turnir cədvəlində 5-ci yerdə qərarlaşıb. “Zirə-2” isə 9 xalla sonuncu pillədə qalıb.

Birinci Divizion
15-ci turdan təxirə slınmış oyun

4 mart

Qarabağ-2 – Zirə-2 4:0
Qol: Xaqani Sadıxov, 29. Elvin Cəfərquliyev, 63-pen. Musa Qurbanlı, 76; 81.
Qırmızı vərəqə: Hüseyn Novruzov, 77 (“Qarabağ-2”).
Baş hakim: Nahid Xasıyev.
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Elmin Süleymanov.
Dördüncü hakim: Elçin Məsiyev.

 

N Klublar O Q H M T-F X
1 MOİK 17 13 2 2 33-13 41
2 Sumqayıt-2 17 13 1 3 45-16 40
3 Neftçi-2 17 11 2 4 30-18 35
4 Zaqatala 17 8 6 3 27-16 30
5 Qarabağ-2 17 9 2 6 33-20 29
6 Şüvəlan 17 7 5 5 20-19 26
7 Sabah-2 17 7 4 6 16-11 25
8 Keşlə-2 17 7 2 8 24-23 23
9 Qaradağ Lökbatan 17 7 2 8 14-19 23
10 Səbail-2 17 6 2 9 25-37 20
11 Kəpəz 17 3 5 9 11-22 14
12 Turan Tovuz 17 4 1 12 19-35 13
13 Ağsu 17 2 4 11 13-35 10
14 Zirə-2 17 3 0 14 15-41 9

Raul Yaqubzadə (MOİK) – 14 qol
Cavad Kazımov ("Zaqatala")- 11 qol 
Elvin Nəsibov ("Sumqayıt-2") – 8 qol
Elnur Süleymanov (Neftçi-2) – 8 qol
 

 
Qeyd: İntizam Komitəsinin qərarına əsasən VI, VIII turda "Səbail-2" komandasına, X turda isə "Zirə-2" komandasına 0-3 hesablı texniki məğlubiyyət verilib. 

Shares: