Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Qadınlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri təsdiq olunsun:
A milli komanda – Siyasət Əsgərov
U-19 – Vüqar Əsgərli
U-17; U-15 – Zamir Həsənov
2. 2019-2020-ci il mövsümündə Premyer Liqa klublarının əvəzedici komandalarının I Divizionda çıxışı üçün AFFA tərəfindən hər bir kluba 50.000 (əlli min) AZN vəsait ayrılsın.
Əvəzedici komandanın I Divizonda iştirakından imtina edən TPL klubu 100 min AZN məbləğində cərimə olunsun.
3. Oyunçuların Statusu və Transferi Komitəsinin Prosessual Qaydalarına aşağıdakı dəyişikliklər edilsin:
– Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 1‐ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Oyunçuların Statusu və Transferi Komitəsinin sədrini AFFA‐nın İcraiyyə Komitəsi təyin edir. Komitənin digər üzvləri də AFFA‐nın İcraiyyə Komitəsi tərəfindən aşağıdakı hər kateqoriya üzrə iki (2) nəfərə qədər olmaqla təyin edilir:
5.1.1. Peşəkar Futbol Liqası – Nihad Məmmədov
5.1.2. Klublar Komitəsi – Orxan Əhmədov
5.1.3. Müstəqil hüquqşünas – Fərid Haqverdiyev
5.1.4. Qeydiyyat və statistika şöbəsi – Seymur Səlimli
– Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 2‐ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Komitənin sədri AFFA‐nın üzvü ola bilməz. Komitənin sədri, üzvləri və məsul katibi öz vəzifələrini icra edən zaman onlara məlum olan bütün faktlar barədə məxfiliyi qorumaq öhdəliyi daşıyırlar”.
– Prosessual Qaydaların 5‐ci maddəsinin (Tərkib) 3‐cü bəndinin “seçilir” sözü “təyin edilir” sözü ilə əvəz edilsin.
4. Lisenziya Komissiyası və Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi aşağıdakı tərkibdə təsdiq olunsun:
Lisenziya Komissiyası
Sədr – Elçin Səmədli
Sədr müavini – Sərxan İbadov
Üzvlər – İslam Bayramov, Firdovsi Qasımov, Mahmud Yusifov, Vladimir Fyodorov, Zaur Hacı-Məhərrəmov
Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsi
Sədr – Nazim Əliyev
Sədr müavini – Rauf Quluzadə, Mikayıl Xəlilzadə, İlham Hacıyev, Anar Yusubov, Zamin Hüseynov, Orxan Hüseynzadə
5. Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyası təsis olunsun. Akademiyanın təsis olunması ilə bağlı texniki proseslərin, inşaat-təmir işlərinin tənzimlənməsi AFFA-nın baş katibliyinə həvalə olunsun.
6. VAR (video-köməkçi hakim) sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilsin.