Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, o, martın 21-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Azərbaycan matçı barədə də fikirlərini bildirib: 

“Azərbaycanla oyunda favoritik, amma rəqibi qiymətləndirməsək, ciddi problemlərimiz olacaq. Bizim o qədər də çox vaxtımız yoxdu, cəmi 2 məşqimiz olacaq. İndi vəziyyət dəyişib, dominantlıq edəcək tərəf bizik. Topa daha çox sahib olmaqla bərabər, təmkinli davranacağıq. İlk matçda rəqibin müdafiə xəttini qırmaq çətin olacaq”.

Daliç həmyerlisi Nikola Yurçeviçin millimizin baş məşqçi postuna təyinatına da münasibət bildirib: “Əlbəttə, bu, onlar üçün üstünlüküdü. İndi Yurçeviç orada olduğu üçün bizə çətin olacaq. Ancaq dolu tribunalar önündə heç kim heç nə edə bilməz, Azərbaycan da həmçinin”.

Xorvatiya – Azərbaycan matçı martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək.

Shares: