“Liverpul” İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə “Everton”la qolsuz bərabərə qalıb.

Futbolinfo.az “Opta” saytına istinadən xəbər verir ki, 0:0 hesablı heç-heçəylə bitən görüş, “Liverpul”un qolkiperi Alisson Bekker üçün əlamətdar olub. Belə ki, braziliyalı qolkiper bu mövsüm 17-ci oyundur ki, meydanı qol buraxmadan tərk edir. Debüt mövsümündə bunu bacaran Alisson, Premyer Liqada son 13 ilin ən yaxşı göstəricisinə nail olub.

Premyer Liqada son dəfə debüt mövsümündə ən çox “quru oyun” keçirən “Liverpul”un sabiq qapıçısı Pepe Reyna idi. O, 2005/06 mövsümündə 20 matçda “çərçivə”ni toxunulmaz saxlamışdı.

Shares: