Çexiyanın futbol üzrə gənclər liqasında 20-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Dukla” (Praqa) ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 26 xalla 12 komanda arasında 8-ci pillədə qərarlaşıb.

Shares: