Futbol üzrə İspaniya Sequndasında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Deportivo” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
Hazırda 42 xala malik “Alkorkon” 22 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.