Türkiyənin “Ərzurumspor” klubunda baş məşqçi istefası gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Mehmet Özdilek ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 24-cü tur çərçivəsində keçirilmiş “Qalatasaray”la oyundan (1:1) sonra klub rəhbərliyi ilə baş məşqçi arasında görüş baş tutub. Tərəflər bu görüşdə yollarını ayırmaq barədə razılığa gəliblər.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. “Ərzurumspor” geridə qalan turlarda topladığı 22 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
Artıq Ərzurum təmsilçisinin yeni baş məşqçisi də müəyyənləşib. Klubun yaydığı məlumata görə, bu posta vaxtilə “Qalatasaray”ın baş məşqçisi olmuş Hamza Hamzaoğlu gətirilib. 49 yaşlı mütəxəssis son olaraq ötən mövsüm “Antalyaspor”u çalışdırıb.
Qeyd edək ki, “Ərzurumspor”da “Qarabağ”ın sabiq qapıçısı, Bosniya və Herseqovina yığmasının üzvü İbrahim Şehiç forma geyinir.