Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Mustafa Dənizli xəstəxanaya düşüb.

Futbolinfo.az xəbər verir ki, Super Liqanın 24-cü turu çərçivəsində ötən gecə keçirilən “Trabzonspor”la qarşılaşmanın fasiləsində təzyiqi düşən təcrübəli mütəxəssis xəstəxanaya aparılıb. Bu səbəbdən ikinci hissədə texniki zonada olmayan Dənizlinin evinin yaxınlığındakı özəl xəstəxanalardan birində müayinə olunduğu bildirilir.

Daha sonra baş məşqçinin sağlamlığında problem olmadığı açıqlanıb.

“Kasımpaşa” – “Trabzonspor” matçı 2:2 hesabıyla bitib.

Xatırladaq ki, Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”da çalışıb.

Shares: