İngiltərənin “Mançester Yunayted” klubu daha bir ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa klubunun hücumçusu Aleksis Sançes uzun müddətə sıradan çıxıb. “Sauthempton”la oyunda zədələnən futbolçunun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Xatırladaq ki, “qırmızı şeytanlar”ın heyətində zədəlilərin sayı onsuz da çox idi. Belə ki, Nemanya Matiç, Ander Errera, Xuan Mata, Antoni Marsyal, Cessi Linqard, Matteo Darmian, Antonio Valensiya da zədə səbəbindən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Fransa çempionu PSJ-yə qarşı keçiriləcək cavab oyununda meydana çıxmayacaq. Xəstəlikdən əziyyət çəkən Fil Cons yenicə sağalıb və onun da komandasına kömək edə bilməyəcəyi bildirilir. Pol Poqba isə PSJ ilə ilk oyunda qırmızı vərəqə aldığına görə cəzalıdı.