Rusiya Premyer Liqasında qış fasiləsindən sonrakı ilk turun simvolik komandası açıqlanıb. Həmkarlarımız XVIII turun "11-liy"ini müəyyənləşdirib.
 
"Lokomotiv"lə Moskvadakı qarşılaşmada "Krılya Sovetov"u məğlubiyyətdən xilas edən və komandasına 1 xal qazandıran Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də heyətdə özünə yer edə bilib. Görüş ərzində 52 faizlik uğurlu reytinqlə Şeydayev turun ən yaxşı iki hücumçusundan biri olub. O, matçda 2 dəfə qapıya zərbə ilə yadda qalıb ki, bunun birində toru silkələyib. Yerli KİV Şeydayevin baş məşqçi Miodraq Bojoviçin ona verdiyi şansdan maksimum yararlandığını vurğulayıb.
 
Qeyd edək ki, "Lokomotiv" – "Krılya Sovetov" oyunu 2:2 hesabı ilə başa çatıb.
 
ramil 1551776659 - Futbolinfo.az
Shares: