İspaniyanın “Valensiya” klubunun hücumçusu Kevin Qameyro Avropanın “böyük beşlik” çempionatlarında yeni rekord müəyyənləşdirib.
Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu buna La Liqanın 26-cı turunun “Atletik”lə oyununda nail olub.
Belə ki, bu matçın 70-ci dəqiqəsində Santi Minanın əvəzində meydana çıxan Qameyro 89-cu dəqiqədə rəqib qapısına yol tapmaqla matçda yekun nəticəni müəyyənləşdirib. Bu, sözügedən futbolçunun 10 illik karyerası ərzində meydana sonradan çıxaraq vurduğu 25-ci qol olub. Bu da Avropanın aparıcı ölkə çempionatları (İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa) yeni rekord göstəricidi.