İtaliya A Seriyasının son turunda “Latsio”ya 0:3 hesabı ilə məğlub olan “Roma”nın baş məşqçisi Eusebio Di Françeskonun komandadakı gələcəyi təhlükə altına düşüb.
Futbolinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyasında istənilən nəticələri əldə etməyən Di Françeskonun “Roma”dakı taleyi bir oyundan asılıdı. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Portu”ya 2:1 hesabı ilə qalib gələn “canavarlar”, bu mərhələdə mübarizəni dayandırsalar, 49 yaşlı mütəxəssislə yollar ayrılacaq.
İtaliya A Seriyasında 26 turdan sonra 44 xal toplayan “Roma”, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.