Futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün sonuncu matçı “Keşlə” ilə lider “Neftçi” arasında baş tutub. 

“Ağ-qaralar” bu oyunda xal itirməməyi hədəfləmişdi. Amma meydan sahibləri də paytaxt derbisindən xal və ya xallarla ayrılmaq istəyindəydi. 90 dəqiqənin sonunda qonaqlar minimal hesabla qələbə qazanıblar.

Azərbaycan Premyer Liqası
22-ci tur

30 mart

“Keşlə” – “Neftçi” 0:1
Qol: E.Mahmudov, 79-pen.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov.
Bakı. “ASK Arena”, 18:30.

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 14. Andre Klennon, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

Shares: