Premyer Liqanın 22-ci turu çərçivəsində “Neftçi” ilə qarşılaşmada zədələnən “Keşlə”nin qapıçısı Kamran Ağayevin durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçunun biləyi sınıb. Bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov məlumat verib. Onun sözlərinə görə, əlində çat olan kapitanın uzun müddət yaşıl meydanlardan kənarda qalması istisna olunmur.