Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə keçirilən oyunda (0:1) zədələnən “Keşlə”nin qapıçısı Kamran Ağayev üçün mövsüm erkən başa çatıb.

Futbolinfo.az xəbər verir ki, həkimlərin müayinəsindən sonra Ağayevin 4 aya yaxın müddətdə meydana çıxmayacağı məlum olub. 33 yaşlı qapıçının qolunda çat olduğu bildirilib.

Ağayev “Neftçi” ilə görüşün 28-ci dəqiqəsində zədələnərək, Davud Kərimi ilə əvəzlənib.

Shares: