Futbol üzrə Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub Karaqanda “Şaxtyor”u ilə qarşılaşıb. Görüş Karaqanda stadionunun yararsız olması səbəbindən "Astana Arena"da baş tutub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Emil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Balayev sonadək oynayıb.
Maksimum nəticə göstərən “Tobol” hazırda "Astana" və "Kayrat"la birlikdə turnir cədvəlinə başçılıq edir.