Futbol üzrə İspaniya La Liqasında 29-cu tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə beş qarşılaşma keçirilib.

“Real” autsayder “Hueska”nı qəbul edib. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.

Turun maraqla gözlənilən qarşılaşmasında “Sevilya” “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar.

İspaniya La Liqası
29-cu tur

29 mart

Jirona – Atletik 1:2
Qol: Stuani, 37 – Uilyams, 53. R.Qarsiya, 59.

30 mart

Xetafe – Leqanes 0:2
Qol: Santos, 49. Xuanfran, 83.

Barselona – Espanyol 2:0
Qol: Messi, 71; 89.

Selta – Vilyarreal 3:2
Qol: Aspas, 50; 86-pen. M.Qomes, 71 – Ekambi, 11. Pedrasa, 15.

Alaves – Atletiko 0:4
Qol: Saul, 5. D.Kosta, 11. Morata, 59. Tomas, 84.

31 mart

Levante – Eybar 2:2
Qol: Morales, 5. Roşina, 26 – Eskalante, 19. Enrix, 78.

Rayo Valyekano – Betis 1:1
Qol: De Tomas, 34 – Telyo, 81.

Sevilya – Valensiya 0:1
Qol: Parexo, 45-pen.

Valyadolid – Real Sosyedad 1:1
Qol: Keko, 9 – Oyarzabal, 79.

Real – Hueska 3:2
Qol: İsko, 25. Sebalyos, 62. Benzema, 89 – X.K.Hernandes, 3. Etçeyta, 74.

Shares: