“Qarabağ”ın polşalı legioneri Yakub Jezniçak Ağdam klubundan müvəqqəti ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə təcrübəli müdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.
O, zədəsini sağaltmaq üçün vətəninə yollanıb. Bir müddət müalicə alacaq futbolçu yenidən “Qarabağ”ın düşərgəsinə qayıdacaq.
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dönəmində keçirilmiş “Zirə” ilə yoxlama oyununda (2:1) zədələnən Yakubun ən azı 1 həftə yaşıl meydandan kənarda qalacağı bildirilmişdi.