Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin ilk turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Teplitse” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:0.
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Milli komandamızın üzvü bu oyunda het-trikə imza atıb. O, 49, 76 və 82-ci dəqiqələrdə fərqlənib. Bundan əlavə, Fərid daha iki qolun məhsuldar ötürməsini veriib.
Bununla da Fərid bu mövsüm vurduğu qolların sayını 15-ə çatdırıb. Həmyerlimiz həm komandasının, həm də çempionatın bombardiridi.
“Slaviya”nın U-21 komandası hazırda 3 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.