Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki qarşılaşma baş tutub.

“Mançester Yunayted” doğma azarkeşləri önündə “Barselona”nı qəbul edib. Qarşılaşma İspaniya təmsilçisinin qələbəsiylə başa çatıb.

Günün digər qarşılaşmasında “Yuventus” səfərdə “Ayaks”la qarşılaşıb. Hesabı İtaliya çempionu açsa da, Hollandiya təmsilçisi həmin qolun əvəzini çıxmağı bacarıb və qarşılaşma heç-heçə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları

10 aprel

Mançester Yunayted (İngiltərə) – Barselona (İspaniya) 0:1
Qol: Lük Şou, 13-öz qapısına.
Mançester. “Old Trafford” stadionu.

Ayaks (Hollandiya) – Yuventus (İtaliya) 1:1
Qollar: David Neres, 46 – Kristiano Ronaldo, 45.
Amsterdam. “Amsterdam Arena” stadionu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp