İngiltərənin “Tottenhem” klubu ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisinin liderlərindən olan Harri Keyn sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Mançester Siti”yə qarşı keçirdikləri ilk oyunda zədələnib. İkinci yarıda Fabian Delfin müdaxiləsi zamanı sol ayağından zədə alan futbolçu oyunu davam etdirə bilməmiş və əvəzlənmək məcburiyyətində qalmışdı.

İngiltərə mətbuatının iddiasına görə, zədəsi ciddi olan Harrinin bu mövsüm meydana çıxması sual altındadı. 

Qeyd edək ki, Keyn bu mövsüm ÇL və Premyer Liqa daxil olmaqla 22 qola imza atıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp